“Olimpiyaçılar aramızda” turniri davam edir

“Olimpiyaçılar aramızda” turniri davam edir

Sərhədçi İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Olimpiyaçılar aramızda” açıq respublika turnirinin final mərhələsinə start verilib. FİLA-nın mövcud qaydalarına əsasən, turnirdə respublikanın bütün bölgələrini təmsil edən 1997-98-ci illər təvəllüdlü idmançılar 10 çəki dərəcəsində qüvvələrini sınayırlar. Turnirin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri müəyyən etmək və 2014-cü ildə keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək Ki, martın 5-də keçirilən yarışda sərbəst güləşçilər arasında 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq və 100 kq çəki dərəcələri üzrə mükafatçılar müəyyənləşib.