Avropa çempionatında uğurlu nəticə

Avropa çempionatında uğurlu nəticə


Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr, 23 yaşınadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatı keçirilir.
Ölkəmizi bu nüfuzlu yarışda yeniyetmələrin mübarizəsində kayakçı Aleksey Solovey, Amil Hüseynli və kanoeçi Mikita Sablin, 23 yaşınadək kayakçıların yarışında Aleksandr Piçugin, Mirnazim Cavadov və Tamerlan Mustafayev, kanoeçilərdən isə Anatoli Melnik, Aleksey Kupin və Taras Matviyçuk təmsil ediblər.
Matviyçuk-Kupin cütlüyü 2 nəfərlik qayıqla
(C-2) 1000 metr məsafəyə yürüşdə bürünc medala layiq görülüb. Onlar seçmə yürüşündə finişə 3 dəqiqə 48,220 saniyəyə çataraq birinci olub və birbaşa əsas finala yüksəliblər. Həlledici yürüşdə isə təmsilçilərimiz 3 dəqiqə 36,432 saniyə nəticə ilə 3-cü yeri tutublar. Rusiyalı Aleksey Korovaşkov-İlya Pervuxin cütlüyü (3:34.072) qızıl, ukraynalı Yuri Vandyuk-Andrey Rıbaçok (3:35.352) cütlüyü isə gümüş medala sahib çıxıb. Məlumat üçün qeyd edək ki, Avropa çempionatında 32 ölkə mübarizə aparır.