Çaparımız beynəlxalq turnirin qalibidir

Çaparımız beynəlxalq turnirin qalibidir


İyunun 29-da Belçikanın Bonhieden şəhərində atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnir keçirilib. Üç müxtəlif marşrutdan ibarət turnirin qalibi təkrar sıçrayışla müəyyənləşib. Bir neçə ölkənin qatıldığı yarışda ölkəmizi layiqincə təmsil edən idmançımız Patrik McEntee "April Mury Marais Z” ləqəbli atla turnirin qalibi adını qazanaraq Belçikada üçrəngli bayrağımızı yüksəltməyə nail olub.