Oxatanlarımız 3-cü pillədə

Oxatanlarımız 3-cü pillədə


Milli Paralimpiya Komitəsinin kamandan oxatma idman növü üzrə milli komandası Çexiyanın Nove Mesto şəhərində keçirilən beynəlxalq yarışda iştirak edib. Ölkəmizi təmsil edən idmançılarımız İlqar Abbasov, Nəbi Əliyev və Cahan Musayev üçüncülük uğrunda mübarizədə Amerika millisinə 6:2 hesabı ilə qalib gələrək bürünc medal qazanıblar.
Xatırladaq ki, bu yarış avqust ayında İsveçin Nottvel şəhərində keçiriləcək Avropa çempionatına lisenziya verib.