«Cəsurlar» oyununa yekun vurulub

«Cəsurlar» oyununa yekun vurulub

Martın 5-də Xaçmaz şəhərində «Cəsurlar» respublika hərbi-idman oyununun zona birinciliyi keçirilib. Olimpnews.az saytının verdiyi məlumata görə, Turnirdə Sumqayıt, Abşeron, Siyəzən, Xızı, Şabran, Qusar, Quba və Qubadlı rayonlarının komandaları iştirak ediblər. Sumqayıtı zona birinciliyində Milli Qəhrəman Mətləb Quliyev adına 3 saylı tam orta məktəbin komandası təmsil edib. Yarışda Sumqayıt məktəbliləri «Cəsurlar»ın zona birinciliyinin qalibi adını qazanıblar. İkinci yeri, Şabran, üçüncü yeri isə Qusar rayonunun komandaları tutublar. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları və qiymətli hədiyyələri təqdim olunub.