Bədən Tərbiyəsi və İdman Günü Bakıda qeyd olundu

Bədən Tərbiyəsi və İdman Günü Bakıda qeyd olundu

Martın 5-də «Azneft dairəsi»ndə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idmançıların marş paradı keçirilib. Hərbi orkestrin iştirakı ilə keçirilən paradı gənclər və idman naziri Azad Rəhimov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Olimpiya çempionları, müxtlif idman federasiyalarının əməkdaşları və ictimaiyyət nümayəndələri müşayət ediblər. Şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanan parad Dənizkənarı Milli Parkda musiqiçilərin və rəqs qruplarının konsert proqramı ilə davam edib. Tədbirdə həmçinin müxtəlif idman federasiyalarının idmançıları nümunəvi çıxışları ilə öz bacarıqlarını nümayiş etdiriblər.