Azərbaycan ilə Vyetnam arasında idman sahəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır

Azərbaycan ilə Vyetnam arasında idman sahəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır


İyulun 4-də Qubada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumu nazirlər Azad Rəhimov və Hoanq Tuan Anh imzalamışlar.
Memorandumda idman idarəçiliyi, təhsili, idman sahəsində proqram-texniki vasitələrin, eləcə də nümayəndə heyətlərinin mübadiləsi nəzərdə tutulur. Sənəddə həmçinin milli idman federasiyaları, idman təşkilatları arasında birbaşa əlaqələrin qurulması, dəstəklənməsi və digər tədbirlər əksini tapmışdır.