Beynəlxalq Güləş Federasiyası (FİLA) iyul ayı üçün sərbəst növ üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb.
Bu siyahıya 9 pəhləvanımızın adı daxil edilib. 61 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Hacı Əliyev birinci pillədə qərarlaşıb. Həmin çəki dərəcəsində yarışan digər idmançımız Əhmədnəbi Qvarzatilov yeddincidir.
Reytinq cədvəlində Ruslan Dibirhacıyev (70 kq) ikinci, Cəbrayıl Həsənov (74 kq) üçüncü, Həmzət Osmanov (86 kq) yeddinci, Xetaq Qazyumov 3-cü, Şərif Şərifov (hər ikisi 97 kq) 6-cı, Əli İsayev dördüncü, Cəmaləddin Məhəmmədov (hər ikisi 125 kq) isə beşinci pillədə qərarlaşıb.
Qadın güləşçilərin reytinq siyahısına 5 idmançımızın adı daxil edilib.
Siyahıda, müvafiq olaraq, 48 və 60 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilərimiz Mariya Stadnik və Yuliya Ratkeviç birinci pillədə qərarlaşıblar.
Digər güləşçilərimiz Patimat Baqomedova 15-ci (53 kq), İrina Netreba 6-cı (58 kq), Raqnetta Qurbanzadə isə 18-ci (69 kq) yerdədir.
Yunan-Roma güləşçilərinin reytinq siyahısında isə 8 pəhləvanımızın adı var.
Siyahıda Kamran Məmmədov (59 kq, 12-ci yer), Həsən Əliyev (66 kq, 2-ci yer), Rəsul Çunayev (71 kq, 2-ci yer), Elvin Mürsəliyev (75 kq, 6-cı yer), Rafiq Hüseynov (80 kq, 15-ci yer), Saman Təhmasibi ( 85 kq, 11-ci yer), Şəhriyar Məmmədov (85 kq, 13-cü yer) və Sabah Şəriəti (130 kq, 14-cü yer) yer alıblar.