İkiqat Olimpiya çempionu ana oldu

İkiqat Olimpiya çempionu ana oldu

Şüvüllə hündürlüyə tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva ana olub. Bu barədə Rusiya Atletika Federasiyasının mətbuat xidməti açıqlama yayıb.
"Yelena İsinbayevanın qızı dünyaya gəlib. Uşağın boyu 53 santimetr, çəkisi isə 4 kiloya yaxındır. Yelena və uşaq hazırda özünü yaxşı hiss edir”, - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, Yelena İsinbayeva 2013-cu ildə Moskvada çempion olduqdan sonra ana olmaq üçün bir müddət karyerasına fasilə verəcəyini demişdi. 32 yaşlı idmançı analıq məzuniyyətindən sonra 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirak etməyi planlaşdırdığını da bildirmişdi.
Qeyd edək ki, Rusiyalı idmançı Afina-2004 və Pekin-2008 Yay Olimpiya Oyunlarının çempionudur.