Hokkeyçilərimiz Avropa birinciliyində mübarizə aparırlar

Hokkeyçilərimiz Avropa birinciliyində mübarizə aparırlar


16 yaşınadək oğlanlardan ibarət otüstü hokkey komandamız Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa birinciliyində iştirak edir.
Turnirdə 6 ölkənin yığma komandası 2 yarımqrupda yarışır. Qrup qaliblərinə növbəti mövsümdən yüksək dəstədə çıxış etmək hüququ veriləcək.
"B” qrupunda yer alan Azərbaycan millisi Cəbəllütariq və Ermənistan hokkeyçiləri ilə qarşılaşacaq. Digər qrupda isə Bolqarıstan, İsveçrə və Litva yığmaları yarışacaqlar.
Azərbaycan hokkeyçiləri Cəbəllütariq və Ermənistan millisi ilə üz-üzə gələcəklər.