Gəncədə hesabat iclası keçirilib

Gəncədə hesabat iclası keçirilib

"Təhsil” Respublika İdman Mərkəzinin ("Təhsil” RİM) Gəncə filialında 2014-cü ilin ötən dövrü ərzində görülən işlərə dair hesabat iclası keçirilib.
Filialın direktoru Xəyal Hacızadə çıxış edərək müxtəlif idman yarışlarında uğurlar qazanan idmançıları təbrik edib. Bildirilib ki, keçən ay çoxmübarizəli döyüş idman növü üzrə dünya kubokunun seçim turnirində Araz Bəşirov, Fərid Novruzov, Nihad Musayev və Cavidan Süleymanov yarışa vəsiqə əldə ediblər. Fərid Hacızadə və Fəxrəddin Hacızadə üzgüçülük yarışında yüksək nəticə əldə ediblər. Elnur Məmmədov, Şahin Babayev, Taleh Babayev və Xəyal Quluzadə Rusiyanın Çeboksarı şəhərində keçirilən karate üzrə Avropa çempionatında medala layiq görülüblər. Ayxan Tağızadə isə Krasnodarda reallaşan boks yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Filialın güləş bölməsinin məşqçisi Arzu Rəhimov xüsusi mükafata layiq görülüb.