Beynəlxalq spartakiadanın qalibləri mükafatlandırıldılar

Beynəlxalq spartakiadanın qalibləri mükafatlandırıldılar

İyulun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında mini futbol üzrə beynəlxalq spartakiadada iştirak etmiş yığma komandanın üzvləri ilə görüş keçirilib.
Tədbirdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mini futbol üzrə yığma komandasının iyunun 25-dən 29-dək İspaniyanın Palma de Malyorka şəhərində keçirilən beynəlxalq spartakiadada ikinci yeri tutduğu bildirilib.
Qeyd edək ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi "Spartak” idman cəmiyyəti ilə birlikdə Bakının Ramana qəsəbəsində yerləşən gənc əlillərin əmək və istirahət evinin sakinləri arasında ildə iki dəfə - Novruz bayramına və Beynəlxalq Əlillər Gününə həsr olunmuş stolüstü idman növləri üzrə yarışlar keçirir və qalibləri mükafatlandırır.
Tədbirin sonunda AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev beynəlxalq spartakiadada ikinci yeri tutan komandanın üzvlərinə pul mükafatını, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanova isə yığmanın layiq görüldüyü kuboku təqdim edib.