Dünya Kubokunda dördüncü yer

Dünya Kubokunda dördüncü yer

Basketbol

Bugün, 01:21

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət yığması Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda dördüncü yeri tutub.

Ratomir Deliçin rəhbərlik etdiyi komandamız Dünya Kubokunda mübarizəyə A qrupundan başlayıb. Millimiz Madaqaskar (21:13), Çexiya (14:11) və Polşaya (20:13) qalib gəlib, Niderlanda isə məğlub olub - 13:19. Komanda pley-in mərhələsində Litvanı (14:12), 1/4 finalda Almaniyanı (18:16) üstələyib.Millimiz üçüncü yer uğrunda görüşdə Niderland yığması ilə qarşılaşıb. Zədəli Brianna Freyzerin iştirak etmədiyi görüşdə millimiz oyunu 3 basketbolçu ilə davam etdirmək məcburiyyətində qalıb. Görüş rəqibin 21:14 hesablı qələbəsi ilə bitib.

Beləliklə, Azərbaycan yığması ilk dəfə iştirak etdiyi dünya çempionatını 4-cü pillədə başa vurub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR