Güləşçilərimiz dünya çempionatını 2-ci yerdə başa vurdular
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
Çempionatın ikinci günündə 42, 46, 69, 76 və 85 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a bildiriblər ki, güləşçilərimiz ikinci yarış günündə 2 gümüş və 2 bürünc medal qazanıblar. Ümumilikdə 3 gümüş və 2 bürün medal qazanan yuna-Roma güləşçilərimiz komanda hesabında 49 xal toplayaraq dünya çempionatını ikinci sırada tamamlayıblar. Eyni xalla Rusiya yığması birinci, 43 xalla İran yığması üçüncü olub.
46 kq-da mübarizə aparan Seymur Hüseynov ilk görüşündə Rusiya təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq imkanı verib. Qazaxstan güləşçisini məğlub edən Seymur həlledici qarşılaşmaya çıxıb. Bürünc medal uğrunda o Türkiyə güləşçisini üstələyib və dünya çempionatını 3-cü sırada tamamlayıb.
69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov 1/16 final mərhələsindən yarışa başlayıb. İsveçrə, Çexiya və İsveç güləşçilərini məğlub edən İslambek yarımfinalda Xorvatiya güləşçisinə minimal hesabla məğlub olub. Güləşçimiz bürünc medal uğrunda Qazaxstan təmsilçisi ilə həlledici görüşə çıxıb. Gərgin keçə qarşılaşma təmsilçimizin xeyrinə başa çatıb və yığmamıza daha bir bürünc medal qazandırıb.
76 kq-da güləşçimiz Nicat Abdullayev Avstriya, Bolqarıstan və Belarus güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda İran güləşçisi ilə gərgin keçən görüşdə uduzan Nicat gümüş medalla kifayətlənib.
85 kq-da mübarizə aparan Soslan Fanziyev finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. ABŞ, Finlandiya və Belarus güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimizin finalda rəqibi Ukrayna idmançısı olub. Rəqibinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.