Konkurçularımız Bakıda yarışacaqlar

Konkurçularımız Bakıda yarışacaqlar


Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə iyulun 19-da Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə A**- M** kateqoriyalı Bakı çempionatı keçiriləcək.
Yarışda ümumilikdə 15-dək idmançı 30-a yaxın atla çıxış edəcəkdir. Yarışa yerli hakimlər kollegiyası nəzarət edəcək.
Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 5 min manatdır.