Çaparlar Cıdır Meydanında yarışıblar

Çaparlar Cıdır Meydanında yarışıblar


Bakı Cıdır Meydanında atçılıq idmanı (maneələri dəfetmə) üzrə Bakı çempionatı keçirilib. Yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Atçılıq Federasiyası tərəfindən təşkil olunub. 100 - 110 sm hündürlükdə maneələri dəfetmə üzrə yarışda "Lorio” adlı atla Anar Balahüseynov I, "Miss Con Air” adlı atla Anneliese Prag II, "Misir” adlı atla Kənan Novruzov III olub. 135 sm hündürlükdə keçirilən yarışda isə "Vudi” adlı atla Elmar Abdullayev II yeri ən yüksək pillədə qərarlaşıb. "Ute rusa” adlı atla Kərim Abdullayev II, "Concorde” adlı atla Kənan Novruzov III yeri tutub.
Qaliblərə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və medallarla bağışlanıb.