“Formula-1” yarışlarının Bakıda keçiriləcəyi dəqiqləşib
"Formula-1” yarışlarının "Qran-pri” mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçiriləcəyi dəqiqləşib.
"Forbes” jurnalının verdiyi məlumata görə, bu barədə "Formula-1” yarışlarının rəhbəri Bernard Ekklstoun bildirib.
B. Ekklistoun deyib ki, "Qran-pri” mərhələlərindən biri 2015-ci ildə Azərbaycanda keçirilsəydi, yarışların sayı həmin mövsümdə 20-dən çox olacaqdı: "Bu isə təqvimin həddindən artıq uzanmasına gətirib çıxaracaqdı. Təqvimin uzanması isə aparıcı komandaların narazılığına səbəb ola bilərdi. Odur ki, biz "Qran-pri” mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçirilməsinə qərar verdik”.
Qeyd edək ki, bundan əvvəl yarışmanın 2015-ci ildə keçirilməsi planlaşdırılırdı.