“Qızıl Qran-pri”nin final mərhələsində

“Qızıl Qran-pri”nin final mərhələsində


Turnirdə altı güləşçimiz finala çıxıb. Güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov gürcüstanlı Vladimer Xinçeqaşvili ilə (57 kq), Hacı Əliyev bolqarıstanlı Vladimir Dubovla (61 kq), Məhəmməd Müslümov amerikalı Brend Metkalfla (65 kq), Emin Əzizov rusiyalı İsrail Kasumovla (70 kq), Cəbrayıl Həsənov özbəkistanlı Raşid Kurbanovla (74 kq) və Xetaq Qazyumov ukraynalı Valerii Andriitsevlə (97 kq) qarşılaşacaq.
Bürünc medal uğrunda görüşlərdə Yaşar Əliyev Rusiya idmançısı Rustam Amparla (57 kq), Mahmud Məhəmmədov ABŞ-dan olan Nikolas Megaludislə (57 kq), Murtuz Müslümov (Rusiya) Ağahüseyn Mustafayev (65 kq), Ruslan Dibirhacıyev (70 kq) Rostislav Pervaçukla (Ukrayna), Hacımurad Ömərov (70 kq) Polşa güləşçisi Arkadius Szeja ilə, 86 kq-da Azərbaycan idmançıları İbrahim Yusubovla Aleksandr Qostiyev, 125 kq-da Valera Rodriqeslə (Azərbaycan)- Tervel Dlagnev (ABŞ) və Aslan Dzebişovla belaruslu Aleksey Şemarov mübarizə aparacaqlar.