Hərbçilərin səmti müəyyənetmə yarışları başlayıb

Hərbçilərin səmti müəyyənetmə yarışları başlayıb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışları başlayıb.
Yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar mübarizə aparacaqlar. On üç komandanın 60-a yaxın hərbi qulluqçusu ərazidə səmti müəyyən edərək güclərini sınayacaqlar.
Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçiriləcək yarışlar iyulun 27-də mükafatlandırma mərasimi ilə başa çatacaq.