Planetin ən çox qazanan idmançıları

Planetin ən çox qazanan idmançıları

Nüfuzlu "Forbes” jurnalı ən çox qazanan idmançıların adlarını açıqlayıb.
Jurnalın araşdırmasından sonra məlum olub ki, ilk yerdə illik gəliri 105 milyon dollar olan amerikalı peşəkar boksçu Floyd Meyvezer yer alıb. 37 yaşındakı boksçu illik gəlirinin yarısını bu il Canelo Alvares və Markos Maydana ilə keçirdiyi döyüşlərdə qazanıb.
İkinci yerdə 80 milyon dollarlıq gəliri ilə "Real Madrid”in və Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldu gəlir. Ronaldonun arxada buraxdığımız ildə komandasıyla sözləşməsinə görə, 5 ilə 200 milyon dollar qazanacaq.
İlk üçlükdə isə illik 73 milyon dollar gəliri olan NBA çempionatında "Klivlend”də forma geyinən basketbolçu Lebron Ceyms gəlir.
İllik 64.7 milyon dollar qazanan "Barselona”nın və Argentina yığmasının ulduzu Lionel Messi isə 4-cü yerdə qərarlaşıb.
5-ci yerdə 61.5 milyon dolar qazanan "Los Anceles Lakers”-in formasını geyinən 35 yaşlı basketbool əfsanəsi Kobi Braynt gəlir.

Sıralamada ilk onluqda vəziyyət belədir:
6-cı yer: Tayger Vuds (qolf) -61.7 milyon dollar.
7-ci yer: Roje Federer (tennis) - 56.2 milyon dollar.
8-ci yer: Fil Mikelson (qolf) -53.2 milyon dollar.
9-cu yer: Rafael Nadal (tennis) -44.5 milyor dollar.
10-cu yer: Matt Ryan (beysbol) - 40 milyon dollar.