Semyon Çterev: “Güləşçilərimizin çıxışından razı qaldım”
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Semyon Çterev güləşçilərimizin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsindəki çıxışından razı qalıb.
Çterev güləşçilərimizin çıxışı ilə bağlı dedi: "Qızıl Qran Pri” turniri Daşkənddə keçiriləcək dünya çempionatından əvvəl "Azərbaycanın aparıcı güləşçiləri üçün son sınaqdır. Bu turnirdəki nəticələri nəzərə alaraq, yığma komandanın tərkibini müəyyənləşdirəcəyik. Güləşçilərimizin çıxışından razı qaldım. Turnidə iştirak edən idmançıların heç vaxt olmadığı qədər güclü olduğunu xüsusilə qey etmək istəyirəm. Fikir verirsinizsə, uşarlarımızın neçəsi finala çıxdı. Hələ turnirdə bütün liderlərimiz çıxış edə bilmədi. Hacı Əliyev və Cəbrayıl Həsənovun çıxışını qeyd edərdim. Onlar milli komandaya əsas namizədlərdir, digər çəkilər haqda nəsə deyə bilmərəm.
Ümumiyyətlə, yığmaya çağıracağım güləşçilərin adlarını əvvəlcədən açıqlamaq istəməzdim. Çünki bu, həm əsas, həm də əvəzedici heyətin üzvlərinə yaxşı təsir göstərmir. Uşaqların hamısı bilməlidir ki, hər birinin şansı var.
Səhhətindəki problemlərə görə "Qızıl Qran Pri” yarışlarında iştirak edə bilməyən Həmzət Osmanov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov da toplanışa qatılacaq. Amma bir şərtlə ki, yaxın vaxtda zədələrini tam sağaltsınlar.
Dünya çempionatına gedəcək güləşçilərin adlarını Bakıda keçiriləcək sonuncu təlim-məşq toplanışının yekununda açıqlayacağam. Buna qədər isə Minskdə hazırlıq keçirməyi planlaşdırırıq”.
olimpnews.az