Qadın güləşçilərimiz qızıl medal qazandılar

Qadın güləşçilərimiz qızıl medal qazandılar


"Sərhədçi" Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi davam edir. İkinci yarış günündə qadın güləşi üzrə bütün çəkilərdə qaliblər müəyyənləşib.

Güləşçilərimiz ikinci yarış günündə 2 qızıl medal qazanıblar. Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (60 kq) bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.


48 kq
1/8 final - Mariya Stadnik - Jessika Blazska (NED) 9:0
1/4 final - Elena Vostrikova (RUS) - Kəmalə Əliyeva 8:4
1/4 final - Tatyana Baratyuk (KAZ) - Mariya Stadnik 0:11
1/2 final - Mariya Stadnik - Yuki İrie (JPN) 12:1
FİNAL - Elena Vostrikova (RUS) - Mariya Stadnik 0:6
Bürünc medal görüşü - Kəmalə Əliyeva - Narangerel Erdenesux (MGL) 0:10

53 kq
1/4 final - Maria Prevolaraki (GRE) - Patimat Baqomedova 5:2 (güləşçimiz zədələndiyindən görüşü davam etdirə bilməyib)
1/4 final - Julduz Eşimova (KAZ) - Anjela Doroqan 1*:1
Bürünc medal görüşü - Patimat Baqomedova - Julduz Eşimova (KAZ) 0:3

58 kq
1/8 final - İrina Netreba - Syaulim Kasimova (KAZ) 10:0
1/4 final - İrina Netreba - Ganna Vasilenko (UKR) 0:8
Təsəlliverici görüş - Karima Sançez (ESP) - İrina Netreba 2:8
Bürünc medal görüşü - İrina Netreba - Emese Barka (HUN) 5:8


60 kq
1/4 final - Yuliya Ratkeviç - Anna Maksimova (RUS) 8:2
1/2 final - Petra Olli (FİN) - Yuliya Ratkeviç 0:6
FİNAL - Yuliya Ratkeviç - Katsuki Sakagami (JPN) 9:5

63 kq
1/4 final - İrina Boqdanova (RUS) - Gözəl Zutova 10:4

69 kq
1/8 final - Nadya Sementsova - Randi Miller (USA) 1:7

olimpnews.az