«Qızıl medal qazanmaq həmişə yaxşıdır»
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində 60 kq çəki dərəcəsində qalib gəlmiş Yuliya Ratkeviç qələbə sevincini bizimlə bölüşdü:
- Qalib olduğum üçün çox sevinirəm. Qızıl medal qazanmaq həmişə yaxşıdır. Yarışa ciddi hazırlaşmışdım. Görüşlər çətin keçdi. Dünya çempionatındakı uğursuz çıxışımdan sonra yenidən formamı bərpa etməkdə bir qədər çətinliklə üzləşmişdim. Ayağımdakı zədə mənə çox mane oldu. Sevinirəm ki, yarışda yaxşı güləş nümayiş etdirdim. Finalda yaponiyalı rəqibimlə üzləşdim. O idmançı ilə bundan əvvəl də müxtəlif yarışlarda mübarizə aparmışdım. Bundan sonra da azarkeşlərimi sevindirməyə çalışacağam.
olimpnews.az