“Qızıl Qran-pri”nin final mərhələsində ilk dəfədir ki, iki qadın güləşçimiz çempion oldu
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində qadın güləşçilərimiz də uğurlu çıxışları ilə yadda qaldılar.
Yarışlar başa çatdıqdan sonra güləş üzrə qadınlardan ibarət yığma komandanın baş məşqçisi Yaqub Məmmədov da fikirlərini «Olimpiya dünyası» və «olimpnews.az» saytı ilə bölüşdü:
- "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində ilk dəfədir ki, iki qadın güləşçi çempion oldu. Bu uğurlu nəticədir. Digər 6 güləşçimizdən də medallar gözləyirdik. Təəssüf ki, onlar uğursuz çıxış etdilər. Yəqin ki, zəif çıxış onların psixoloji hazırlığı ilə bağlı oldu. Sentyabrda Özbəkistanda keçiriləcək dünya çempionatına qədər Ukraynada və Belarusiyada hazırlıq prosesi keçəcəyik. Komandanın dünya çempionatında ümidləri doğruldacağına inanıram.
olimpnews.az