«Əsas məqsədimiz dünya çempionatında da bu uğuru təkrarlamaqdır»

«Əsas məqsədimiz dünya çempionatında da bu uğuru təkrarlamaqdır»


Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində qadın güləşi üzrə yarışlarda ABŞ komandası da uğurlu çıxışları ilə fərqlənirdi. Fürsətdən istifadə edib komandanın məşqçisi Valentin Kalikadan yarış təəssüratlarını öyrəndik:
Yarışda 8 idmançımız qüvvəsini sınayırdı. İki idmançımız finalda mübarizə apardı. Bir idmançımız bürünc medal qazandı. Komandanın çıxışından çox razı qaldım. Yarışın təşkilatçılığı yüksək səviyyədədir. Əsas məqsədimiz dünya çempionatında da bu uğuru təkrarlamaaqdır. Ümidvaram ki, komandamızın üzvləri onlara bəslənilən ümidləri doğruldacaqlar.

olimpnews.az