Azərbaycan pəhləvanları final mərhələsinin sonuncu günü 10 medal qazandılar
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başa çatdı.
"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 35 ölkədən 400-ə yaxın pəhləvan mübarizə aparır.
İyulun 27-də - yarışın sonuncu günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxablar. Bu yarışmada ölkəmizi Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Kamran Məmmədov (59 kq), Həsən Əliyev, Azad Əliyev, Rövşən Tağıyev (66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev, Ceyhun Əliyev (71 kq), Rafiq Hüseynov, Niyaməddin İbrahimov (75 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (80 kq), Şəhriyar Məmmədov (85 kq), Araz Həsənov, Şalva Qadabadze, Saman Təhmasibi (98 kq), Sabah Şəriəti və Səbuhi Hümbətov (130 kq) təmsil ediblər.
Güləşçilərimizdən Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (75 kq), Elvin Mürsəliyev (80 kq) qızıl medal qazandılar.
Rəsul Çunayev (71 kq), Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq) gümüş, Kamran Məmmədov (59 kq), Rüstəm Əliyev (71 kq) və Şalva Qadabadze (98 kq) bürünc medala layiq görüldülər.
Qeyd edək ki, sərbəst güləşçilərimiz yarışda 3 qızıl, 3 gümüş, 7 bürünc, qadın güləşçilərimiz isə 2 qızıl medal qazanıblar.
olimpnews.az