Gənc güləşçilərin dünya çempionatı başlayır

Gənc güləşçilərin dünya çempionatı başlayır


Avqustun 5-dən 10-dək Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı keçiriləcək. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək. Dünən Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun iştirakı ilə keçirilən çempionatda iştirak edəcək komandalarımızın heyəti açıqlanıb.
Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev, Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi bu yarışda İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov
(66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Əli Həsənov (120 kq) təmsil edəcəklər.
Gənc qızların yarışında böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq), Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) qüvvələrini sınayacaqlar. Güləşçi qızlarımız avqustun 7-8-də mübarizə aparacaqlar. Çempionatın son iki günündə çıxış edəcək sərbəst güləşçilərimizə böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Umudov rəhbərlik edəcək. Heyətdə Arif Hüseynov (50 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Murad Süleymanov (66 kq), Məhəmmədhacı Muxutov (74 kq), Nurməhəmməd Hacıyev (84 kq), Səid Həmidov (96 kq) və Oyan Nəzəriani (120 kq) yer alıb.