Çaparımız Belçikada birinci olub

Çaparımız Belçikada birinci olub



Atçılığın konkur növü üzrə Azərbaycan yığma komandasının üzvü Patrik Mak Enti Belçikada keçirilən CSİ - 2* kateqoriyalı Bonheiden yarışında iştrak edib. 6 yaşlı atlarla keçirilən turnirin təsnifat mərhələsində 4-cü yeri tutan Patrik Mak Enti finala vəsiqə qazanıb. Həlledici Qran-pri yarışlarında isə təmsilçimiz "April Mury Marais Z” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq turnirin qızıl medalını qazanıb və Belçikada Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Turnirdə ikinci yeri böyük britaniyalı Co Klee tutub. Qeyd edək ki, 6 yaşına qədər olan atlarla növbəti mötəbər turnir də gələn ay Belçikada keçiriləcək.