5 Mart - Bədən Tərbiyəsi və İdman Günü bölgələrdə qeyd olunur

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü bölgələrdə qeyd olunur

İmişli rayon Gənclər və İdman İdarəsi 17-18 yaşlı məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirib. İmişli şəhər 2 saylı orta məktəbin idman zalında təşki olunan yarışda rayon ümumtəhsil məktəblərindən 16 komanda iştirak edib. Gərgin gedən mübarizə nəticəsində 5 saylı məktəb birinci olub. 8 saylı məktəb ikinci, 1 saylı şəhər orta məktəbinin komandası isə üçüncü yerə layiq görülüblər. Sonda qalib komandalar idarə tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.


*   *   *
Mingəçevir şəhər stadionu orta məktəb şagirdləri arasında 4 x 100 m. məsafəyə estafet qaçışı üzrə yarış keçirilib. Orta məktəb şagirdlərindən 88 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi şəhəri respublika yarışlarında təmsil edəcək idmançı və komandaların müəyyən edilməsi, orta məktəb şagirdlərinin fiziki və texniki hazırlığına baxış, perspektivli idmançıların aşkar edilməsi olub. Sonda 10 saylı məktəb birinci, 1 saylı məktəb ikinci, Texniki Humanitar Lisey isə üçüncü yerə layiq görülüblər.
 
*   *   *
Ağsu Uşaq-Gənclər Şahmat məktəbində yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Bədən tərbiyəsi və idman gününü qeyd etmək və rayonda şahmatın inkişafına nail olmaq, güclü şahmatçıları aşkar etmək məqsədi ilə keçirilən yarışda Elbəy Babalı birinci yerə layiq görülüb. Pünhan İsmayılov ikinci, Aytac Umudova üçüncü yerə çıxıblar. Qaliblər Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

*   *   *
Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir sıra tədbirlər təşkil olunub.
Belə ki, martın 1-4-də Astara Uşaq Gənclər İdman Məktəbində yeniyetmə və gənclər arasında boks üzrə rayon turniri keçirilib. Turnirdə 47 idmançı mübarizə aparıb. Qaliblər RGİİ-nin fəxri fərmanlarına layiq görülüblər.
Martın 2-5-də M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin idman meydançasında mini futbol üzrə rayon turniri keçirilib. Turnirdə 6 komanda mübarizə aparıb. Qalib komandalara RGİİ -nin fəxri fərmanları verilib.
Martın 3-4-də Astara Olimpiya İdman Kompleksində taekvondo üzrə yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.Turnirdə 55 idmançı mübarizə aparıb. Komplekdə yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə rayon turniri də keçirilib. Turnirdə 105 idmançı gücünü sınayıb. Martın 5-də isə kompleksdə yeniyetmə və gənclər arasında 3 km məsafəyə kütləvi kross yarışı olub. Yarışda 115 nəfər idmançı mübarizə aparıb.


*   *   *
Zərdab şəhərində yeniyetmələr arasında taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib. Zərdab şəhəri "Qəsəbə” mədəniyyət evinin zalında 55 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününü qeyd etmək və rayonda idmanın taekvondo növünü inkişaf etdirmək olub. Oğlanlar arasında Fərid Salmanov (30 kq), Sabir Babayev (40 kq), Elnur Babayev (55 kq), Zeynal Məmmədli (75 kq), Əlzamin İsmayılov (80 kq), qızlar arasında Səmra Qubadlı (78 kq), Fidan Babayeva (45 kq) çıxış etdikləri çəki dərəcələrində birinci yerə layiq görülüblər.