500-ə yaxın idmançı müxtəlif növlərdə yarışdılar

500-ə yaxın idmançı müxtəlif növlərdə yarışdılar

Martın 4-də Qaradağ Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun idman bazalarında 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə futbol, basketbol, stolüstü tennis, şahmat, atletika üzrə yarışlar keçirilib. Yarışlarda 500-ə yaxın idmançı iştirak edib.
Futbol üzrə yarışda "Qaradağ” komandası birinci yerə layiq görülüb. Basketbol üzrə yarışlarda 139 saylı məktəb birinci, 106 saylı məktəb ikinci, 288 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
Stolüstü tennis üzrə yarışda birinci yerə 273 saylı tam orta məktəbin komandası çıxıb. Atletika üzrə 17-18 yaşlı gənclər arasında Ramil Şamilov birinci olub. Anar Əliyev ikinci, Ceyhun Eyyubov isə üçüncü yeri tutub. 13-14 yaşlı oğlanlar arasında Rəsul Yaqubəyev, Camal Səfərov və İlkin Quliyev ilk üçlükdə qərarlaşıblar. 10-12 yaşlı yeniyetmə qızlar arasında Gülər Hənifəyeva, Rəna Quluzadə və Şərəf Hüseynova fərqləniblər. 10-12 yeniyetmə oğlanlar arasında Elvin Əmirov, Rəvan Əmirov və Emin Qurbanov mükafatlandırılıblar. Şahmat üzrə 9-10 yaşlı yeniyetmələr arasında birinci yerə Rəvan Abdullayev, ikinci yerə İzzət Quliyev çıxıb. Üçüncü yeri isə Cahan Tarverdiyeva yiyələnib.
7-8 yaşlı uşaqlar arasında birinci yer Fatimə Məmmədovaya qismət olub. Səfər Rəhimli və Ruslan Dostuzadə, müvafiq olaraq, ikinci və üçüncü yerlərə layiq görülüblər.