Dünən Rusiyanın paytaxtı Moskvada kayak və kanoe üzrə dünya çempionatı start götürüb. Nüfuzlu yarışda Azərbaycanı 6 idmançı təmsil edir.
Kayakçıların mübarizəsində 1 nəfərlik qayıqla (K-1) Mirnazim Cavadov həm 200 metr, həm də 1000 metr məsafələrə yürüş edəcək, Aleksey Solovey isə 1000 metr məsafəyə yürüşdə yarışacaq.
Kanoeçilərin yarışında 1 nəfərlik qayıqla (C-1) 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 200 metr, Nikolay Matviyçuk isə 1000 metr məsafəni qət etmək uğrunda mübarizə aparacaq.
Bezuqlı-Kupin cütlüyü 2 nəfərlik qayıqla (C-2) həm 1000 metr, həm də 500 metr məsafələrə yürüş edəcək.
Qeyd edək ki, dünya çempionatına avqustun 10-da yekun vurulacaq.