Pəhləvanlarımız Nankin Olimiadasına hazırlaşırlar
Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, avqustun 16-dan 28-dək Çin Xalq Respublikasının Nankin şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlaşan sərbəst güləşçilərimiz son təlim-məşq toplanışına başlayıb. Avqustun 11-dək davam edəcək hazırlıqda böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında 6 güləşçi iştirak edir. Yeniyetmələrin Olimpiya oyunlarının sərbəst güləş yarışlarında ölkəmizi Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) təmsil edəcəklər.
Yeniyetmə yunan-Roma güləşçilərimiz isə Olimpiya oyunlarına Xaçmaz Olimpiya İdman Kompleksində hazırlaşırlar. Bu idman növü üzrə Çində Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) yarışacaqlar.
olimpnews.az