Çaparımız Danimarkada qalib olub

Çaparımız Danimarkada qalib olub



Danimarkada keçirilən CSİ-1* kateqoriyalı "Riders Cup” beynəlxalq turnirdə çaparımızAndre Şröder ölkəmizi təmsil edib. Yarışda 140 sm-lik maneələrə qarşı mübarizə aparılıb. Turnirdə "Carvin” ləqəbi atla çıxış edən idmançımız Andre Şröder bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazanıb. İkinci pilləni "Adam L” ləqəbli atla yerli idmançı Martin Neergaard tutub. "Rolex” ləqəbli atla İsveçli Sofia Kroon üçüncü olub.