Azərbaycan ziyalısı Prezidentə müraciət etdi

Azərbaycan ziyalısı Prezidentə müraciət etdi


Azərbaycan Respublikası 20 ildən artıqdır ki, xəyanətkar Ermənistanla müharibə şəraitində yaşayır. Mənfur qonşularımız bizimlə torpaq iddiası aparırlar. Bir vaxtlar azərbaycanlıların onlara sığınacaq verdikləri və məskunlaşdıqları torpaqları bizdən istəyirlər. İştəhaları böyükdür, əvvəl Dağlıq Qarabağa, sonra Qarabağa, daha sonra isə digər torpaqlarımıza soxuldular.
Son vaxtlar düşmənlə təmas xəttində yaranan qarşıdurma nəticəsində şəhidlər verdik. Bu itki hamımızın ürəyini ağrıtdı, qaysaq bağlayan yaramızın közünü yenidən qopartdı. Azərbaycanın vətənpərvər oğulları bununla hec cür barışmaq istəmirlər. Torpaqlarının 20 faizi işğal altında olan bu torpağın fəhləsi də, ziyalısı da hər zaman düşmənə qarşı vuruşmaga hazırdır. Vətənpərvər ziyalılarımız Ali Baş Komandanın əmri ilə silaha sarılıb gənc əsgərlərlə birlikdə torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak etmək istəyirlər.
Belə ziyalılarımızdan biri də əməkdar bədən tərbiyəsi və idman xadimi, professor, Az.DBTİA-nın prorektoru Dilqəm Quliyevdir. Dilqəm müəllim bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət məktubu ünvanlayıb. Həmin müraciət Xalqinfo.az saytında öz əksinin tapıb.
Müraciət məktubunu olduğu kimi sizlərə təqdim edirik.



Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev cənablarına


Cənab Ali Baş Komandan!
Hörmətli cənab Prezident!
Biz İdmançılar, Sizin müstəqil Azərbaycan Respublikasının daha da çiçəklənməsi, sürətlə inkişafı, beynəlxalq aləmdə öz layiqli yerini tutması naminə apardığınız uğurlu siyasəti, həyata keçirdiyiniz siyasi və iqtisadi islahatları, xalqımız üçün tale yüklü beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasını birmənalı şəkildə ürəkdən bəyənir, dəstəkləyir, müdafiə edir və etməkdəyik. Bir daha sonsuz inam və iftixar hissilə deyirik ki, Biz idmançıların uğurları birbaşa Sizinlə bağlıdır. Sizin möhtəşəm uğurlarınız qədirbilən Azərbaycan xalqının uğurları, qazandığınız böyük qələbələriniz isə Müstəqil Azərbaycan dövlətinin naliyyətləri kimi tərəfimizdən dəyərləndirilir. Torpaqlarımızı düşmən işğalından azad olunması istiqamətində gördüyünüz titanik işlər və bütün bunların nəticəsi olaraq son zaman düşmənə layiqli cavab verməklə onları yerlərində oturtmaq bizi olduqca qürurlandırdı.
Hörmətli cənab Prezident!
Son günlər sərhəd bölgəsində atəşkəsin pozulması nəticəsində verdiyimiz şəhidlər, azğınlaşmış düşmənin əməlləri bütün ziyalıları hiddətləndirmişdir. Bütün bu itkilərə baxmayaraq sevincimizin də həddi-hüdudu yoxdur. Ona görə ki, Sizin komandanlığınız əsasında ordumuz düşmənə ciddi zərbələr vuraraq pərən-pərənə salmışdır. Sizin cəbhə bölgəsinə, ermənilərin fəallıq göstərdiyi bölgəyə getməyiniz bütün Azərbaycan xalqı kimi məni də qürurlandırdı. Mən İdmançıyam, müharibənin qızğın vaxtlarında idmançılardan ibarət könüllü dəstə yaradaraq Qarabağ döyüşlərində iştirak etmişəm. Bu gün Sizin rəhbərliyiniz və liderliyiniz altında döyüşmək, əsgərlərlə bir səngərdə olmaq mənim üçün şərəflidir. Xahiş edirəm mənim bu müqəddəs arzumun reallaşmasına tövsiyyə və göstəriş verəsiniz.
Hörmətlə,

Az. DBTİA-nın prorektoru, professor
Dilqəm Quliyev