"Ziyalı ömrü " tədqiqatçı alimin həyatından bəhs edir

"Ziyalı ömrü " tədqiqatçı alimin həyatından bəhs edir


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (Az DBTİA) prorektoru, professor Dilqəm Quliyevin ömür yolundan bəhs edən "Ziyalı ömrü” adlı kitab işıq üzü görüb. Kitabda Dilqəm müəllimin elmi-pedaqoji fəaliyyəti barədə geniş məlumat yer alıb. Həmçinin, görkəmli elm və idman xadimlərinin, həmkarlarının, dostlarının Dilqəm Quliyevlə bağlı fikirləri verilib. Jurnalıst Tapdıq Əlibəyli və hüquqşünas Etibar Quliyevin qələmə aldığı bu kitaba pedaqogika üzrə fəlsəfə doktoru D. Quliyevin elmi fəaliyyətinin xronologiyası, əsərlərinin biblioqrafiyası daxil edilib.
Məlumat üçün bildirək ki, professor Dilqəm Quliyev Azərbaycan idmanının tarixini araşdıran, bu sahəyə dəyərli əsərlər həsr edən elm xadimidir. Onun müəllifi olduğu kitablar idman içtimaiyyəti tərəfindən maraqla qarşılanır. Professorun bir sıra əsərlərini "idmanımızın ensiklopediyası” adlandıra bilərik. Bu əsərlərdə idmançılarımızın müxtəlif səviyyəli yarışlarda qazandıqları medalların sayı, əyarı , komandamızın tutduğu yer dəqiqliklə göstərilib. Dilqəm Quliyev ölkəmizin məşqçilərinin, hakimlərin, tanınmış idman mütəxəssislərinin də fəaliyyətini öz məqalə və əsərlərində geniş şəkildə eks etdirir. Onun elmi-pedaqoji fəaliyyətində uğurları yetərincədir. Təsadüfi deyil ki, professorun bir sıra elmi məqalələri ali və orta məktəblərin dərs vəsaitlərinə daxil edilib. Dilqəm Quliyev ölkəmizin gənc nəslinin vətənpərvər ruhda tərbiyəsinə də böyük töhfələr verir. Onun müxtəlif illərdə qələmə aldığı "Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsi”, "İlqar İsmayılovun şəhidlik zirvəsi-50”, "Şəhid idmançılar”, "XX əsrin qan yaddaşı” və diğər əsərləri gənclərə vətən sevgisi aşılayır.
Professor Dilqəm Quliyev 200-dən çox əsərin, 300-ə yaxın elmi-peqadoji və publisistik məqalələrin müəllifidir.