“Cəsurlar” da 56 nəfər şagird yarışıb

“Cəsurlar” da 56 nəfər şagird yarışıb

Mart 4-də Astara rayonunda ümumtəhsil məktəblərin 7-8-ci sinif şagirdləri arasında "Cəsurlar” hərbi idman və turizm oyunu üzrə respublika zona birinciliyi keçirilib.
Yarış Şıxəli Qasımov adına Astara şəhər 4 saylı tam orta məktəbin idman meydança- sında Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayon komandaları, ümumən 56 nəfər şagird, 16 nəfər nümayəndə, 15 nəfər hakimlər heyyəti, RGİİ, RTŞ, SHÇDX Astara rayon şöbəsinin əməkdaşları, rəhbər işçiləri iştirakı ilə təşkil olunub.
"Sıra hazırlığı” və "Estafet” mərhələsindən ibarət olaraq keçirilmiş yarışda sonda Cəlilabad, Neftçala və Lerik rayon komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər. Fəxri yerləri qazanan komandalar Gənclər və İdman Nazirliyinin fəxri fərmanlarına, RGİİ-nin kubok və medalları ilə təltif olunublar.
Birincivə ikinci yerlərə layiq görülən komandalar 2013-cü ilin aprel ayında Cəmşid Naxçıvanski adına hərbi liseydə keçiriləcək yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Vətənpərvərlik oyununun keçirilməsində məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların ordu sıralarına xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsindən ibarət olub.