Çaparımız Belçikada 2 müxtəlif yarışın qalibi olub

Çaparımız Belçikada 2 müxtəlif yarışın qalibi olub



Avqustun 17-si Belçikada CSİ-2* kateqoriyalı beynəlxalq "Lier” turnirinə yekun vurulub. 3 günlük yarışda ölkəmizi milli komandamızın üzvü Patrik Mak Enti təmsil edib. Əvvəlcə idmançımız "Alice” ləqəbli atla "Small Tour Grand Pri” mərhələsinin qalibi olub. Sonra isə Patrik Mak Enti cavan atlarla keçirilən yarışa qoşulub. Turnirin bu mərhələsində "April Marais Mury Z” ləqəbli atla çıxış edən çaparımız yenə birinci yeri tutub.