Çinin Nankin şəhərində keçirilən yeniyetmələrin II Olimpiya Oyunları davam edir. İdmançımız Boris Yotov Olimpiadada uğurla çıxış edərək akademik avarçəkmə yarışlarının final mərhələsində qüvvəsini sınamaq hüququ qazanıb.
Avqustun 19-da keçirilən bir nəfərlik qayıqda (JM 1X) yarışın yarımfinal mərhələsində 1000 metr məsafəyə 3 dəqiqə 23,85 saniyə nəticə ilə çıxış edən B.Yotov finalda mübarizə aparmaq hüququ əldə edib. Qeyd edək ki, final yarışları avqustun 20-də keçiriləcək.