Olimpiya kəndində idmançılarımızla görüş keçirilib

Olimpiya kəndində idmançılarımızla görüş keçirilib



Avqustun 18-də Nankində Olimpiya kəndində Azərbaycan nümayəndə heyətinin rəhbərliyi yığma komandamızın üzvləri ilə görüşüb. Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digərləri iştirak ediblər. Görüşdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə milli komandamızın əldə etdiyi medallar münasibətilə idmançıları və məşqçiləri təbrik edib, qarşıdakı yarışlarda çıxış edəcək təmsilçilərimizə uğurlar arzulayıb. Çingiz Hüseynzadə ölkəmizdə idmana və Olimpiya Hərəkatına yüksək qayğı ilə yanaşıldığını, məhz bu qayğının sayəsində idmançılarımızın uğurlar əldə etdiyini bildirib. MOK-un vitse-prezidenti qeyd edib ki, Azərbaycanın yeniyetmə idmançıları Nankin-2014-də daha çox medal qazanacaq, atletlərimiz onlara bəslənilən ümidləri doğruldacaqlar.
Qeyd edək ki, Olimpiya kəndində iştirakçı ölkələrin mədəniyyət və incəsənətini əks etdirən guşələr yaradılıb. Azərbaycan nümayəndə heyətinin üzvləri idmançılarla birlikdə ölkəmizə həsr olunmuş guşəyə baş çəkiblər. Milli geyimdə olan çinli qızlar burada Azərbaycan rəqsi ilə çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.