Çinin Nankin şəhərində keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunları davam edir. Olimpiadaya 21 idmançı ilə yollanan Azərbaycan yığma komandası daha bir medala yiyələnib. Belə ki, akademik avarçəkmə yarışlarında ölkəmizi təmsil edən Boris Yotov Nankin olimpidasının gümüş medalına yiyələnib.
Bir nəfərlik qayıqda (JM 1X) 1000 metr məsafəyə 3 dəqiqə 21,82 saniyə çatan
Boris Yotov finişə ikinci çatıb. O yalnız almaniyalı Tim Ole Naskedən (3 dəqiqə
21,23 saniyə) geri qalıb. Üçüncü yeri isə kanadalı Dan de Qrut (3 dəqiqə 22,21
saniyə) qazanıb.
Bununla da Azərbaycan yeniyetmələrinin Nankin-2014-də qazandığı medalların sayı
4-ə çatıb. Xatırladaq ki, bundan əvvəl cüdo idman növündə Leyla Əliyeva (44
kq), Natiq Qurbanlı (52 kq) yığmamıza gümüş medal qazandırmışdı. Taekvondoçumuz
Ceren Özbək də (44 kq) eyni nəticəni göstərmişdi.