Paralimpiyaçımız qitə çempionatında qızıl medal əldə edib

Paralimpiyaçımız qitə çempionatında qızıl medal əldə edib



Böyük Britaniyanın, Svansea şəhərində keçirilən atletika üzrə Avropa çempionatında Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Oloxan Musayev F56 kateqoriyasında diskatma növündə 41.63 m nəticə göstərərək qızıl medal qazanıb.
Məlumat üçün qeyd edək ki, yarışda ölkəmizi milli komandamızın 5 üzvü təmsil edib. Yarışda iştirak edən təmsilçilərimizdən Allahverdi Allahverdiyev gümüş, Solmaz Səfərova isə bürünc medal qazanıb.