Ən güclü güləşçilər müəyyənləşdi

Ən güclü güləşçilər müəyyənləşdi

Martın 7-9-da Sərhədçi İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Olimpnews.az saytı xəbər verir ki, Yarışların birinci günü 50 kq, 55 kq, 60 kq, 66 kq və 74 kq çəki dərəcəsi üzrə 166 pəhləvan qüvvəsini sınayıb. Çempionatın ikinci günündə 50 kq, 55 kq və 60 kq yunan-Roma, 84 kq, 96 kq və 120 kq çəki üzrə sərbəst güləş üzrə mükafatçılar müəyyənləşib. Çempionatın son günündə 66 kq, 74 kq, 84 kq, 96 kq və 120 kq çəkidə yunan-Roma güləşi üzrə yarışlar keçirilib.
Çempionatda müxtəlif çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar müvafiq diplom, medal, pul mükafatı təltif edilərək, yığma komandanın heyətinə cəlb olunurlar.