Hücumçu yeni klubla müqavilə bağlamaq arzusundadır

Hücumçu yeni klubla müqavilə bağlamaq arzusundadır

Rusiyalı hokkeyçi Sergey Andronov hazırda Moskvanın MOİK klubunda baxışdadır. O, yeni klubu ilə uzun müddətli müqavilə bağlamaq arzusunda olduğunu deyib. "Düzdür, hələlik yeni klubda baxışdayam. Mənə müqavilə ilə bağlı heç nə deyilməyib. Etiraf edim ki, MOİK-lə dərhal uzunmüddətli müqavilə bağlamaq istəyirdim. Amma hələlik gözləməliyəm. Bu komanda çox xoşuma gəlir. Burada yer alan hokkeyçilərlə çiyin-çiyinə oynamaq mənim arzumdur”, - deyə Andronov bildirib.
O, MOİK klubunda güclü hokkeyçilərin yer aldığını klubun çempionluq yolunda favorit olduğunu vurğulayıb.