Güləşçimiz özü üçün ən azı gümüş medalı təmin edib

Güləşçimiz özü üçün ən azı gümüş medalı təmin edib


Yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında avqustun 25-də güləş yarışlarına start verilib.
Mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri başlayıb. Bu növdə ölkəmizi təmsil edən Cabbar Nəcəfov (50 kq) inamla yarışaraq təsnifat mərhələsində Uğur Beytekini (Türkiyə) 4:0, Məhəmmadrza Ağaniyani (İran) 3:1 və Dorin Kocakarini (Moldova) 4:0 hesabı ilə məğlub edərək finala çıxıb. Finalda onun rəqibi özbəkistanlı İlxom Baxromov olacaq.
Digər təmsilçimiz İslambek Dadov (69 kq) ilk görüşdə özbəkistanlı Abubəkr Alimovu 3:0, ikinci görüşdə isə misirli Ömər İbrahimi 3:0 hesabı ilə məğlub edib. İslambek Dadov qazaxıstanlı Yevgeni Polivadovu məğlub etdiyi təqdirdə ən azı gümüş medala layiq görüləcək.