Nankində güləş yarışlarına start verilib
Avqustun 25-27-də Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları keçiriləcək. İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a verilən xəbərə görə, artıq püşkatmanın nəticələrinə görə, güləşçilərimizin rəqibləri bəlli olub. Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçiriləcək. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparacaqlar. Yarımqrupun birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışacaqlar.
50 kq çəki dərəcəsində təmsilçimiz Cabbar Nəcəfov B yarımqrupunda mübarizə aparıb. Moldova, İran və Türkiyə güləşçiləri üzərində qazanılan inamlı qələbələr güləşçimizi finala yüksəldib. Finalda Cabbar Özbəkistan təmsilçisi ilə qarşılaşacaq.
1-ci dövrə - Uğur Beytekin (TUR) - Cabbar Nəcəfov 0:10
2-ci dövrə - Mohamedrza Ağaniaçarı (İRİ)- Cabbar Nəcəfov 5:9
3-cü dövrə - Dorin Cojocari (MDA) - Cabbar Nəcəfov 0:8
FİNAL - İlxom Baxromov (UZB) - Cabbar Nəcəfov
69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov isə, A yarımqrupunda mübarizə aparıb. Final yolunda güləşçimiz Misir, Qazaxstan və Özbəkistandan olan rəqiblərini məğlub edib. Həlledici görüşdə güləşçimizin rəqibi ABŞ idmançısı olacaq.
1-ci dövrə - İslambek Dadov - Abubakr Alimov (UZB) 5:0
2-ci dövrə - İbrahim Omar (EGY) - İslambek Dadov 0:5
3-cü dövrə - Yevgeniy Polivadov (KAZ) - İslambek Dadov 0:2
FİNAL - Mason Manville (USA) - İslambek Dadov
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edir.
Xatırladaq ki, 2010-cu ildə keçirilən Yeniyetmələrin Sinqapur Olimpiya Oyunlarında güləşçilərimiz tam heyətlə iştirak etmiş və bətənə 4 qızıl və 1 gümüş medalla qayıtmışdılar.
olimpnews.az