Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qadın güləşçilərin yarışlarında Azərbaycan gümüş medal qazanıb.
Güləşçimiz Leyla Qurbanova (52 kq) inamla yarışaraq təsnifat mərhələsində kanadalı Tianna Kennetə (4:0), ukraynalı Olena Kremzerə (3:1) və salvadorlu Mayra Elizabet Vaskuez Aparisioya (4:0) qalib gələrək finala vəsiqə qazanıb.
Həlledici görüşdə yaponiyalı Mayu Mukaya ilə qarşılaşan güləşçimiz 1:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Xatırladaq ki, Azərbaycan idmançıları yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bu günədək 2 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıblar.