“Nəhənglərimiz” Kauşunk səfərinə yollanırlar

“Nəhənglərimiz” Kauşunk səfərinə yollanırlar


Avqustun 30-da Tayvanın Kauşunk şəhərində sumo üzrə 19-cu dünya çempionatı start götürəcək. 40-a yaxın ölkənin iştirak edəcəyi yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar.
Komandamız yarışda Sumo Federasiyasının prezidenti Samir Abdullayev və baş məşqçi Rüfət İsmayılovun rəhbərliyi altında iki idmançı ilə təmsil olunacaq. Yığmamızın heyətində yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi Zaur Kərimov (80 kq), böyüklərin mübarizəsində isə dəfələrlə Avropa çempionatının mükafatçısı Soltan Ağayev (85 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışlara avqustun 31-də yekun vurulacaq.