Sumoçumuz Polşada bürünc medal qazanıb

Sumoçumuz Polşada bürünc medal qazanıb

Buyaxınlarda Polşanın Krotoşin şəhərində Polşa Sumo Federasiyasının 10 illik yubileyinə həsr olunmuş beynəxalq turnir keçirilib. 8 ölkənin iştirak etdiyi yarışda Polşa, Misir, ABŞ, Almaniya, Ukrayna, Estoniya və Macarıstan idmançıları ilə yanaşı, Azərbaycan sumoçuları da mübarizə aparıblar. Komandamız bu yarışda üç idmançı ilə təmsil olunub. Təmsilçilərimizdən Zaur Bağırov ardıcıl olaraq Misir, Ukrayna, ABŞ və Polşa sumoçularına qalib gəlsə də, növbəti görüşdə Misir idmançısına məğlub olub. Bürünc medal uğrunda görüşdə polşalı rəqibinə qalib gələn Zaur 3-cü yerə çıxıb. Digər iki sumoçumuz - Əmrah Əhmədov (85 kq) və Səlim Ələkbərov (115 kq) isə mükafatçılar sırasına düşə bilməyiblər.