Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları keçirilir. Yarışların üçüncü yarış günündə sərbəst güləşçilər mübarizə aparırlar.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a verilən xəbərə görə, 63 kq çəki dərəcəsində təmsilçimiz Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz, heç bir rəqibinə xal vermədən finala yüksəlib. Finalda Teymur Venesuela idmançısı ilə qarşılaşacaq.
2-ci dövrə - Elbert Lukas Steyn (RSA) - Teymur Məmmədov 0:10
3-cü dövrə - Ceyms Didasko (PLW) - Teymur Məmmədov 0:12
FİNAL - Teymur Məmmədov - Antoni Montero (VEN)
100 kq çəkidə İqbal Hacızadənin yarımqrupda rəqibləri isə, Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. Finalda İqbal Moldova güləşçisi ilə qarşılaşacaq.
1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (BRA) 11:0
2-ci dövrə - Eduardo Qarsia (MEX) - İqbal Hacızadə 0:10
3-cü dövrə - Abdalla - Elgizavi (EGY) - İqbal Hacızadə 0:5
Xatırladaq ki, Nankində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçilərimiz 1 qızıl və 2 gümüş medala sahib olublar. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş medal qazanıb.
olimpnews.az