Nankin Yay Olimpiya Oyunlarından daha 2 qızıl medal

Nankin Yay Olimpiya Oyunlarından daha 2 qızıl medal


İkinci Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 2 qızıl medal qazanıb.
İdmançımız İqbal Hacızadə yeniyetmələrin sərbəst güləş üzrə yarışlarının finalında moldovalı rəqibi Dmitri Ceakustaya 3:1 hesabı ilə qalib gələrək Olimpiya çempionu olub.
100 kq çəkidə İqbal Hacızadənin yarımqrupda rəqibləri Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. Finalda İqbal Moldova güləşçisi üzərində inamlı qələbə qazanaraq Olimpiya çempionu olub.










1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (BRA) 11:0
2-ci dövrə - Eduardo Qarsia (MEX) - İqbal Hacızadə 0:10
3-cü dövrə - Abdalla - Elgizavi (EGY) - İqbal Hacızadə 0:5



63 kq çəki dərəcəsində çıxış edın digər təmsilçimiz Teymur Məmmədov isə A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz, heç bir rəqibinə xal vermədən finala yüksəlib. Finalda Teymur Venesuela idmançısına da heç bir şans verməyib və Olimpiya çempionu olub.

1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (GEO) 10:0
2-ci dövrə - Elbert Lukas Steyn (RSA) - Teymur Məmmədov 0:10
3-cü dövrə - Ceyms Didasko (PLW) - Teymur Məmmədov 0:12










FİNAL - Teymur Məmmədov - Antoni Montero (VEN) 7:0

Nankində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçilərimiz 3 qızıl və 2 gümüş medala sahib olublar. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş,  Teymur Məmmədov (sərbəst güləş, 63 kq) və İqbal Hacızadə (sərbəst güləş, 100 kq) qızıl, medal əldə ediblər.
Beləliklə, Azərbaycan idmançılarının yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qazandıqları medalların sayı 12-ə çatıb. İdmançılarımız Nankində 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıblar.